Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “28 May” və “Ulduz” stansiyalarında sərnişin qatar yoluna düşüb. Bu, ilk belə hadisə deyil. İldə bir neçə dəfə metrostansiyalarda ölüm hadisəsi baş verir. Bəziləri ehtiyatsızlıqdan yıxılsa da, çoxu intihar məqsədilə özünü qatarın altına atır.
Yaponiya və başqa bir neçə ölkədə perronda sədd çəkilib ki, bu da yaşana biləcək bənzər hadisələrin qarşısını alır. Azərbaycanda da eyni tədbir görülə bilərmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev stansiyalarda belə səddin olmasının mütləq olduğunu deyib.
Onun fikrincə, bundan sonra təhlükəsizliklə əlaqədar sədd çəkmək olar:
“Təbii ki, metrostansiyaların layihələndirilməsi zamanı bunlar nəzərə alınmalı idi. Sonradan sədd qurmaq mürəkkəb prosesdir. Amma təhlükəsizlik baxımından çox vacib məsələdir. Hətta təhlükəsizliklə bağlı səddin quraşdırılması məqsədəuyğundur. Növbəti stansiyaların tikintisi zamanı bunlar nəzərə alınsa, çox yaxşı olar”.