AZ

Azərbaycanda yod istehsalının həcmi açıqlandı

Bu ilin yanvar ayında Azərbaycanda 15,5 ton yod istehsal edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 min ton və ya 7,7% azdır. Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycanda 80 min ton üzvi kimyəvi maddələr istehsal edilib. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 6,2% və ya 5,3 min ton azdır.

Cari ilin fevralın 1-nə hazır məhsul istehsalı 34,5 min ton təşkil edib. Bu ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 7,9 ton təşkil edib.

Eyni zamanda bu ilin yanvarında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 2 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni ayındakı göstəricidən 11,5% və ya 260 ton azdır.

Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 7380 ton təşkil edib.

Seçilən
105
5
axar.az

6Mənbələr