“Zirə” futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün medallarını təmin edib.
Arena.az xəbər verir ki, Premyer Liqanın 32-ci turunun ilk oyunundan sonra çempionatın daha bir mükafatçısı bəlli olub.
“Qarabağ”ın ardından “Zirə” də ilk “üçlük”də yerini təmin edib. Buna 32-ci turun “Turan Tovuz” – “Şamaxı” oyunu səbəb olub. 1:1 hesablı bərabərlikdən sonra “qartallar” mükafatlardan birini qazanıb. Rəşad Sadıqovun yetirmələrinin 61, 4-cü olan Tovuz təmsilçisinin 49 xalı var və sonuncular qələbə sayında rəqibinə çatmaq imkanına itirib.
Bu, Bakı klubunun 4-cü mükafatıdır. 2015/2016 və 2024/2025 mövsümlərində gümüş, 2022/23 mövsümündə bürünc qazanan “Zirə” tarixində ilk dəfə ardıcıl iki medala sahib olub. Qəsəbə təmsilçisi uğurlu çıxışını sona kimi davam etdirsə, böyük ehtimalla gümüş medallara sahib çıxacaq. Ən pis halda isə Rəşad Sadıqovun komandasının bürünc medalları boynundan asacağı dəqiqdir.