AZ

Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Mayın 24-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahanın 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıq olduğu bildirilib.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO

Paracüdoçularımız dünya çempionatına qatılıblar

Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub

Cüdoçularımız “Böyük Dəbilqə” turnirini medalsız başa vurublar

Qori Avropa Kubokunda 19 cüdoçumuz iştirak edəcək

Seçilən
34
6
apasport.az

6Mənbələr