AZ

Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar

Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirirlər.

Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən öncə, mayın 28–30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO

Şəkidə cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramına start verilib - FOTO

Paracüdoçularımız dünya çempionatına qatılıblar

Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub

Cüdoçularımız “Böyük Dəbilqə” turnirini medalsız başa vurublar

Seçilən
73
6
apasport.az

10Mənbələr