"Qızıl top"un builki mükafatlandırma mərasiminin tarixi müəyyənləşib.
News24.az QOL.az-a istinadən xəbər verir ki, tədbir sentyabrın 22-də keçiriləcək. Mərasim Parisdəki "Teatre du Chatelet"də olacaq.
Mükafat 2024/25 mövsümü üzrə dünyanın ən yaxşı futbolçusu seçiləcək şəxsə veriləcək.
Qeyd edək ki, "Qızıl top"un son qalibi "Mançester Siti"nin futbolçusu Rodri olub.