Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası bütün rəqiblərinə qalib gələrək 11-ci dəfə Avropa çempionu titulunu qazanıb.
M-8 yaş kateqoriyasında mübarizə aparan F.Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib.
Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.