Triatlon üzrə Özbəkistanın açıq çempionatında Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər.
Apasport.az xəbər verir ki, triatlon üzrə milli komandamızın üzvü Əli Rzazadə 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq qalib olub.
Digər təmsilçimiz Leyla Abduləzizova Elit kateqoriyada 13 qadın idmançı arasında ikinci yeri tutub.
Tural Atakişiyev isə "Age Group" (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.
Xəzər İsayev Avropa Ədalətli Oyunlar Hərəkatına üzv seçilib
Təmsilçimiz Astanada bürünc medal qazanıb
MDB Oyunlarının ilkin yarış cədvəli müəyyənləşib
Təmsilçimiz Dünya Kubokunda gümüş medal qazanıb
Dubayda Azərbaycanı İbrahim Əliyev təmsil edəcək