AZ

Avropa Kuboku: Azərbaycan millilərinin oyunlarının təqvimi məlum oldu

BAKI. 5 iyun. TELEQRAF

İyunun 7-də Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə 2025-ci il Avropa Kubokunun təsnifat mərhələsinin oyunları start götürəcək.

Teleqraf xəbər verir ki, təsnifat oyunlarında Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət milliləri əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Kişilərdən ibarət milli B qrupunda Kosovo, Malta ilə, qadın millisi isə B qrupunda Kosovo yığması ilə üz-üzə gələcək. Kişi millisi qrupda ilk oyununu 7 iyunda Bakı vaxtı ilə saat 11:45-də Maltaya qarşı, ikinci oyununu isə 8 iyun saat 13:35-də Kosovo yığmasına qarşı keçirəcək.

Qadın yığmasının qrupdakı yeganə oyunu 8 iyun saat 13:10-da Kosovo millisinə qarşı baş tutacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaqlar.

Seçilən
329
4
teleqraf.com

10Mənbələr