Bakı, 6 iyun, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki,“Oklahoma-Siti Tander” "İndiana Peysers”lə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş "İndiana Peysers”in 111:110 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, seriyanın ikinci matçı iyunun 9-da olacaq.