Bakı.Trend:
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət SəttarovQazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətlisəfiri Alim Bayelllə görüşüb.
Trend xəbərverir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
İsmət Səttarov qonağa Audiovizual Şuranın fəaliyyəti, gördüyüişlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə buistiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədəətraflı məlumat verib. Şura sədri qeyd edib ki, qardaş dövlətlərolan Azərbaycan ilə Qazaxıstanı ortaq etnik köklər, dil, tarix,mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental dəyərlərbirləşdirir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir.Hazırda iki ölkənin media subyektləri, televiziya və radiokanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. İsmətSəttarov iki ölkə arasında audiovizual media sahəsində birgəlayihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasınınvə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasınınəhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən səfir Alim Bayel, Azərbaycan vəQazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətləinkişaf etdiyini bildirib. Səfir yayımçılar arasında əməkdaşlığıngücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb. O,xüsusilə, televiziya kanalları arasında əməkdaşlığıngenişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlışəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki vəhüquqi məsələlərin həlli üçün əməkdaşlığın vacibliyini qeydedib.
O, Azərbaycan Respublikasında səfir kimi fəaliyyət göstərməkdənməmnunluq duyduğunu ifadə edərək, ölkələr arasında əlaqələrin dahada dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparıblar.