Türk Hava Yolları (THY) İraq, Livan, İordaniya, İran və Suriyaya olan bütün uçuşları 31 iyula qədər ləğv edib.
"Cebheinfo.az" xəbər verir ki, THY bu tarixlərdə adı çəkilən ölkələrə uçuşu olan sərnişinlərin biletlərini pulsuz dəyişmək və ya ödənişi geri alma hüququna sahib olduğunu açıqlayıb.
Qərarın səbəbi barədə rəsmi məlumat verilməyib. Lakin Suriyanın cənubunda gecə boyunca qarşıdurmaların baş verdiyi bildirilib. Qeyd edək ki, İran ilə İsrail arasında baş verən və 12 gün davam edən raket müharibəsi zamanı hər iki ölkənin hava məkanı bütün təyyarələr üçün tamamilə bağlanmışdı.