"Zəngəzur dəhlizi suverenliyə zərər vermədən xarici şirkət tərəfindən idarə oluna bilər".
XəzərNews.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.
Yolların açılmasından danışan Paşinyan qeyd edib ki, “Sülhün kəsişməsi” layihəsinə investisiyaların cəlb edilməsi üçün şirkət yaradılması nəzərdən keçirilir. Onun sözlərinə görə, söhbət təkcə avtomobil və dəmir yollarından deyil, həm də boru kəmərlərindən, ötürücü xətlərdən, kabellərdən gedir.
O vurğulayıb ki, Ermənistan qanunlarına görə, məsələn, torpaq icarəyə verilərkən belə, “inkişaf hüququ” prinsipi tətbiq olunur və müqavilənin müddəti bitdikdən sonra mülkiyyət Ermənistanda qalır.
Xəbər 3 dəfə oxunub.