AZ

Baş nazir istefa edib

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,Ukrayna Ali Radası Baş nazir Denis Şmıqalın istefasını qəbul edib. Bu barədə deputat İrina Geraşçenko özünün Telegram kanalında məlumat verib.Onun sözlərinə görə, Şmıqal hökumətinin istefası üçün 261 deputat səs verib. Deputat əlavə edib ki, Şmıqal qısa çıxışı zamanı istefa səbəbini açıqlamayıb. Geraşçenko bildirib ki, onun təmsil etdiyi “Avropa Həmrəyliyi” fraksiyası səsvermədə iştirak etməyib. Daha əvvəl Geraşçenko bildirmişdi ki, Şmıqalın baş nazirliyi dövründə Ukraynada avtoritarizm qurulub. O, həmçinin keçmiş baş nazirin istefasının səbəbinin Ukrayna Prezident Ofisindən gələn təzyiqlər olduğunu qeyd edib.

Bundan əvvəl Şmıqal Ali Radaya istefasının qəbul olunması ilə bağlı müraciət göndərmiş və bəyanatının fotosunu paylaşmışdı. O, Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib.

phrase_var_article.chosen
34
22
Ajans.az

10phrase_var_article.sources