AZ

Aİ-nin 2028-2034-cü illər üçün büdcəsinin 2 trilyon avro olması təklif edilir

Bakı. Trend:

Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeniçoxillik maliyyə planını təqdim edib.

Trend “Bild”qəzetinə istinadla bildirir ki, təklif olunan büdcənin ümumi həcmi2 trilyon avro təşkil edir. Bu, hazırkı büdcə dövrünü təxminən 700milyard avro üstələməklə Avropa İttifaqının (Aİ) tarixində rekordhesab olunur. Yeni sənəd Aİ-nin 27 üzv dövləti və Avropa Parlamentiilə qarşıdan gələn çətin və uzunmüddətli danışıqlarda müzakirəyəçıxarılacaq.

Təklif olunan büdcədə ən böyük xərclər kateqoriyası Milli vəRegional Tərəfdaşlıq Fonduna aid olacaq. Bunun üçün 865 milyardavro ayrılması nəzərdə tutulur. Gələcəkdə ayrılacaq subsidiyalarməhz bu fond vasitəsilə yönləndiriləcək. Bundan əlavə, müdafiəsahəsi kimi prioritet istiqamətlərə aşağı faizli kreditlər təklifediləcək, rəqabət qabiliyyəti üçün isə 110 milyard avro dəyərindəayrıca fond yaradılacaq.

Aİ-nin Ukraynaya dəstəyi üçün nəzərdə tutulan 100 milyardavroluq fond, eləcə də hərbi potensialın gücləndirmə planlarıBrüsselin maliyyə yükünü artırıb. Bununla yanaşı, pandemiyadövründə alınmış borclar üzrə 2028-ci ildən etibarən geriödənişlərə başlanılacaq. Bu da büdcəyə əlavə təzyiqlər yaradır.Avropa Komissiyası büdcə vəsaitlərinin səmərəli şəkildəyönləndirilməsini, eyni zamanda, böhranlara daha çevik cavab verəbiləcək mexanizmlərin qurulmasını hədəfləyir.

Komissiyanın təqdim etdiyi sənəddə 400 milyard avroluq yeniBöhran Fondunun yaradılması nəzərdə tutulur. Avropa KomissiyasınınPrezidenti Ursula Fon der Lyayen bu barədə bildirib ki, müasirdövrdə böhranlar istisna deyil, artıq daimi hal alıb.

Seçilən
62
3
az.trend.az

6Mənbələr