AZ

Mbappe ilə bağlı araşdırmalar aparılır - Polisə rüşvət verib?

Fransa polisi 2023-cü ildə "Real"ın forvardı Kilian Mbappedən külli miqdarda pul alan beş təhlükəsizlik xidməti əməkdaşına qarşı inzibati araşdırma aparır.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.

Bildirilir ki, futbolçunun hesabından 5 polis əməkdaşına ümumilikdə 180 min 300 avro köçürülüb.

Mbappe iddia edir ki, o, sadəcə olaraq oyunçuların təhlükəsizliyini təmin edən insanları mükafatlandırmaq istəyib. "Real"ın forvardı hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Seçilən
59
2
day.az

3Mənbələr