AZ

Suraxanı rayonunda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Suraxanı rayonu ərazisində həyata keçirilən növbəti tədbirlər zamanı 40 yaşlı E.Əliyev və 53 yaşlı Y.Tariverdiyev saxlanılıblar. Onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalar aparılır.

Seçilən
56
2
operativmedia.az

2Mənbələr