AZ

Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi


Suraxanı rayonunda 3,9 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Suraxanı rayonu ərazisində həyata keçirilən növbəti tədbirlər zamanı 40 yaşlı E.Əliyev və 53 yaşlı Y.Tariverdiyev saxlanılıblar. Onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

NAMİQ

Seçilən
53
baki-xeber.com

1Mənbələr