"Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Yevlax şəhər təmsilçisi nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb.25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 asist etməyə müəssər olub.