AZ

Gavi Thompson "Karvan"da - rəsmi

"Karvan" yeni transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyib. Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

O, karyerası ərzində 139 oyun keçirib, 12 qol vurub və 14 qolun ötürməsini edib.

Seçilən
45
1
football-plus.az

2Mənbələr