Bakı. Trend:
“Cəmi 32 kilometrlik yolun üstündə illərdir dava edirlər.Amerika gəlir və deyir: bu yolu yüz illiyinə bizə icarəyə verin,qoy hamı istifadə eləsin”, - ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak11 iyul tarixində Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkənbelə deyib.
Bu açıqlama sözün əsl mənasında informasiya bombasına çevrildi.ABŞ rəsmisi ilk dəfədir ki, təkcə mövqe bildirməklə kifayətlənmir,açıq-açığına Zəngəzur dəhlizinin - Azərbaycanın qərb bölgələriniNaxçıvanla birləşdirən həyati əhəmiyyətli marşrutun - Amerikanınnəzarətinə verilməsini təklif edir.
Rəsmi İrəvan dünya ictimaiyyətinə ərazi bütövlüyü prinsipinəsadiq qaldığını bəyan etdikcə, arxa planda tamam başqa proseslərbaş verir. Məsələn, Ermənistanın keçmiş ətraf mühit naziri AkopSimidyan ABŞ kapitallı yeni bir şirkət yaradıb. Erməni mediası dabu faktın üzərindən səssiz ötüşməyib və iddia edir ki, Zəngəzurdəhlizinin idarəetməsi məhz bu şirkətə verilə bilər.
Region üzrə təhlükəsizlik məsələləri üzrə ekspert VahanAvetisyan “Armenian News” portalına açıqlamasında bildirib: “ABŞBarak vasitəsilə mesaj verir: əgər Rusiya və İran bu tənlikdənçıxarılarsa, regionda arbitr rolunu üzərinə götürməyə hazırdır.Simidyanın yaratdığı şirkət isə bu böyük geosiyasi oyununüzərindəki pərdə ola bilər”.
Yəni İrəvan hələlik rəsmi olmasa da, Zəngəzur dəhlizini artıqyeni geopolitik reallıqların tərkib hissəsinə çevirməyə hazırlaşır.Artıq sual “layihə olacaq, ya yox?” deyil, “nəzarət kimdə olacaq?”sualıdır.
Söhbət adi diplomatdan getmir. Tomas Barak dünyanın ən iridaşınmaz əmlak investorudur, “Fortune” jurnalına görə milyarderlərsiyahısında yer alır, ABŞ prezidenti Donald Trampın uzunillikbiznes tərəfdaşı və siyasi silahdaşıdır. Elə məşhur Plaza otelini1988-ci ildə məhz Barak Trampa satmışdı. 2016-cı ildə isə onunseçki kampaniyasının iri donor qrupuna rəhbərlik etmişdi.
Analitiklər hesab edir ki, Barakın açıqlaması təsadüfi deyil.Bu, sadəcə fikir izharı s ayılmamalıdır: Barakın açıqlaması mümkünbir sövdələşmədir. Tramp isə sövdələşmələri sevir.
Doğrudur, hələlik bu təklifə rəsmi Ağ Evdən reaksiya yoxdur.Amma ABŞ prezidenti Tramp 14 iyul tarixində NATO baş katibi MarkRyutte ilə görüşdə deyib: “Azərbaycanla Ermənistan arasında sülhprosesi uğurla sona yaxınlaşır. Biz regionda sabitliyi dəstəkləməyəhazırıq”.
Bəs Ermənistan nə düşünür?
İrəvanda Barakın təklifinə rəğbət göstərilmədi. Baş nazir NikolPaşinyan, nə qədər ki, marşrut layihəsini tam rədd etmir, birməsələdə birmənalı danışır: “Ermənistan Respublikasının heç birərazisi suverenlik və yurisdiksiyadan kənarda ola bilməz”.
Fəqət Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan dahaelastik danışıb: “Əgər təklif Ermənistanın maraqlarına uyğundursa,onu nəzərdən keçirmək olar. Hər şey şərtlərdən asılıdır”.
Bu açıqlama isə istisnasız olaraq siyasi kulislərdə dalğalanmayaradıb. Erməni media resurslarının yaydığı məlumata görə, keçmişekologiya naziri Simidyan (o, iyun ayında vəzifədən azad olunub)ABŞ kapitallı şirkət təsis edib - və güman olunur ki, məhz həminşirkətə Zəngəzur dəhlizinin idarəetməsi verilə bilər. Təsadüfdürmü?Çətin.
Rusiya bu ideyanı açıq təxribat kimi qiymətləndirib. Çünki2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Zəngəzurdəhlizinin təhlükəsizliyini məhz Rusiyanın xüsusi xidmət orqanlarıtəmin etməlidir. Rusiya xarici işlər nazirinin müavini MixailQaluzin bu məsələni bir daha vurğulayıb: “Əgər layihə gerçəkləşsə,Sünik üzərindən keçən yolun təhlükəsizliyinə nəzarət Rusiyayaməxsus strukturlarda qalacaq”.
Bütün bu fon qarşısında Barakın təklifi aydın şəkildə bir şeyəişarə edir: ABŞ Moskvanı İrandan Qafqaza uzanan ən strateji tranzitxəttdən sıxışdırıb çıxarmaq istəyir. Vaşinqton çox gözəl anlayırki, bu dəhlizə nəzarət - Avrasiya logistikası üzərində təsirdeməkdir.
"Amerikanın planı niyə işləməyəcək?" sualına cavab verməyəçalışaq.
Birinci səbəb - Ermənistan guya "suverenliyindən keçməkistəmir". Paşinyan və onun diplomatik komandası dəfələrlə bəyanediblər: “Xarici dövlətlərin Ermənistan ərazisində inzibatisəlahiyyətlərə malik olması mümkün deyil”.
İkinci səbəb - Azərbaycan vasitəçi axtarmır. Bakı dəfələrlə açıqdeyib: bizə üçüncü ölkələrin iştirakı deyil, Naxçıvana problemsizquru çıxış lazımdır. Yəni bu, Azərbaycanın daxili nəqliyyatməsələsidir.
Üçüncü səbəb - Türkiyənin xəbəri yoxdur. Halbuki, Ankara bulayihənin mühüm iştirakçısıdır. Ərdoğan administrasiyasındanbildirilib: “Bizim heç bir dövlət qurumumuza ABŞ-dan bu istiqamətdərəsmi təklif daxil olmayıb”.
Dördüncü səbəb - Rusiya hələ də formal zəmanətçi statusundadır.2020-ci il razılaşması hüquqi baxımdan qüvvədədir və onu tərəflərinrazılığı olmadan dəyişmək mümkün deyil.
Beləliklə, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olanmilyarderin səsləndirdiyi təşəbbüs reallıqdan çox, uzaqgörəngeosiyasi mesaj effekti yaradır. Vaşinqton bir daha göstərməkistəyir ki, Cənubi Qafqazda onun da oyuna daxil olmaq planları var.Amma bu planlar nə qədər realistdir? İndiki şərtlərlə - çox azehtimalla. Çünki bu bölgədə oyun qaydalarını hələlik Bakı, Ankaravə Moskva yazır. Vaşinqtonunsa həmin oyunda hələlik sadəcə izləyicistatusu var.
Bəs Tomas Barak bu mövzunu niyə gündəmə gətirdi? Cavab açıqdır:Vaşinqton Cənubi Qafqazda yeni geosiyasi düzən qurmağa çalışır.Bayden administrasiyasının regionda tam iflasa uğramasından sonraABŞ bu arenaya təzədən və daha iddialı qayıdış üçün fürsət axtarır.Bakı ilə münasibətlər soyuyub, Tbilisi ilə bağlar qopub, İrəvanaisə arxalanmaq təhlükəlidir. Belə bir vaxtda Zəngəzur göydəndüşməfürsət kimi görünür.
Analitiklərin fikrincə, ABŞ Rusiya, İran, Türkiyə və Azərbaycanarasındakı ziddiyyətlərdən yararlanmağa çalışır. Zəngəzur üzərindənəzarət onlar üçün Suveyş kanalına nəzarətlə eyni dərəcədə stratejiola bilər.
Zəngəzur dəhlizinin ABŞ-yə “icarəyə verilməsi” kimi ssenarininyaxın zamanlarda reallaşacağı inandırıcı deyil. Amma belə birideyanın səfir səviyyəsində dilə gətirilməsi artıq çox şeyi deyir.Bu, sadəcə siyasi mesaj deyil - bu, ABŞ-nin regionda yenidən oyunaqatılmaq niyyətinin bəyanıdır.
Bir diplomatik mənbə bu vəziyyəti belə izah edib: “Əgər kimsəbir torpağı yüz il müddətinə icarəyə istəyirsə, deməli, o ərazionun üçün strateji sərvətdir”.
İrəvan tərəddüd içindədir, Bakı diqqətlə müşahidə edir, Moskvabəyanatlar verir, amma Vaşinqton artıq hərəkətə keçib. Barakınsəsləndirdiyi təşəbbüs bu oyunun ilk real addımı oldu - özü dəkifayət qədər gur səslənən addım.
Zəngəzur dəhlizi bu gün artıq sadəcə bir yol deyil - Avrasiyanıngeoiqtisadi transformasiyasının sinir nöqtəsi, Cənubi Qafqazdakıyeni düzənin mərkəzi halqasıdır. Onun gələcəyi artıq təkcə Bakı iləİrəvan arasındakı diplomatik masa arxasında müzakirə olunmur. Bumarşrut qlobal güclərin maraqlarının toqquşduğu strateji cəbhəyəçevrilib. Hər bir aktor - ABŞ, Rusiya, Türkiyə, İran və başqaları -buraya öz nəzarət formulunu, təsir mexanizmini və iqtisadidividendlərini daxil etməyə çalışır.
Vaşinqton Zəngəzurun Şərqlə Qərbi birləşdirəcək logistik “nəfəsborusu” olduğunu anlayır və təkcə layihə deyil, bütöv regionalarxitekturanı yenidən qurmaq təklifi ilə çıxış edir. Rusiya vəİranın təsir imkanlarının zəiflədiyi, postsovet təhlükəsizlikmodelinin dağılmağa başladığı bir vaxtda ABŞ bu bölgəyə yeniqaydalar tətbiq etməyə çalışır. Məqsəd - Moskva və Tehrandanasılılığı minimuma endirmək və Qərbin nəzarətində olan yeniiqtisadi əlaqələr qurmaqdır.
Bu mənzərədə Ermənistan tarixi seçim qarşısındadır: ya keçmişinkölgəsində qalacaq və Rusiya asılılığını davam etdirəcək, ya dayeni reallığa adaptasiya olub beynəlxalq layihələrin tamhüquqluiştirakçısına çevriləcək. Bu səbəbdən Zəngəzur marşrutunun gələcəkstatusu ilə bağlı real müzakirələr qapalı kabinetlərdə aparılır,açıq bəyanatlarda isə konkretlik yoxdur. İrəvan çox gözəl bilir:danışığın qiyməti böyükdür, vaxtından əvvəl söz vermək olmaz.
Rusiya üçünsə məsələ aydındır: bu marşruta istənilən formadanəzarətin itirilməsi - strateji məğlubiyyət deməkdir. ABŞ, Türkiyəvə ola bilsin ki, Avropa ölkələrinin də iştirakı ilə yaradılacaqbeynəlxalq konsorsiumda Moskva yer almırsa, bu, Kremlin CənubiQafqazdakı mövqelərinin sıradan çıxması anlamına gəlir. Bu haldaRusiya təkcə logistik xətləri yox, həm də İrəvan və Bakı üzərindəkitəzyiq alətlərini itirir.
Zəngəzur dəhlizinin İran üçün açılması da Tehranın canını sıxanməsələdir. Uzun illərdir özünü regionun əsas tranzit mərkəzi kimitəqdim etməyə çalışan İran indi reallıqla üz-üzədir: yeni nəqliyyatxətləri onun rolunu zəiflədir. Həm Azərbaycan-Naxçıvanəlaqələrində, həm də gələcəkdə Orta Asiya və Çinlə qurulacaqmarşrutlarda İranın çəkisi azalır. Amma ölkə daxilindəkisiyasi-iqtisadi böhran, İsraillə gərginlik və sanksiya təzyiqlərifonunda Tehran bu prosesə ciddi reaksiya verə bilmir.
Bu zaman səhnəyə çıxan Türkiyə isə bölgənin yeni “memarı” rolunaiddialıdır. Ankara Zəngəzur dəhlizinin açılmasını açıq şəkildədəstəkləyir və onun beynəlxalq hüquqi-institusional çərçivəyəsalınmasını istəyir. Bu, yalnız iqtisadi məsələ deyil - bu,geosiyasi strategiyadır. Türkiyə Cənubi Qafqazı özünün uzunmüddətlinəqliyyat, enerji və təsir strategiyasına daxil etmək istəyir - özüdə ABŞ-la paralel xətt üzrə. Belə bir ortaq iştirak Rusiyayaalternativ deyil, tamamilə yeni nizamın qurulması, köhnə sisteminisə sökülməsidir.
Təsadüfi deyil ki, Cənubi Qafqaz bu gün ABŞ-nin Avrasiyaperiferiyasında real geosiyasi uğur qazana biləcəyi yeganə məkanolaraq qalır. Şərqi Avropa, Yaxın Şərq və Orta Asiyadakıuğursuzluqlar fonunda Vaşinqton burada nəticə göstərməkniyyətindədir: münaqişənin deeskalasiyası, sülh sazişininimzalanması, sərhədlərin delimitasiyası və dayanıqlı inkişaf. Trampadministrasiyası üçün bu həm seçkiöncəsi uğur vitrinidir, həm dəİranla sərhəd, Rusiyaya yaxın zonada strateji dayaq nöqtəsi.
Moskvanın təpkisi gözləniləndir. Kremlin təzyiq alətləridəyişmir: azərbaycanlı diaspor vasitəsilə manipulyasiya cəhdləri,Ermənistanda ictimai rəyə təsir planları, xüsusi xidmətlərinfəallaşması, qorxu və miflərə oyun... Amma bunların artıq əvvəlkitəsiri yoxdur. Yeni elitalar - istər Ermənistanda, istərsə dəAzərbaycanda - postsovet asılılıq sindromundan çıxıblar. Onlar üçünbeynəlxalq iqtisadi zəncirlərə inteqrasiya, reallığa əsaslananfayda prinsipi, boş vədlərdən üstündür.
Nəsil dəyişir, strateji prioritetlər yenilənir, yeni oyunçularvə formatlar meydana çıxır.
Bu da o deməkdir ki, Cənubi Qafqazın Rusiya mərkəzli dövrü sonaçatır. Zəngəzur dəhlizi artıq sadəcə bir yol deyil.
O, yeni reallığın simvoludur: Azərbaycan geosiyasətin obyektiyox, subyekti olur. Ermənistan proseslərin girovu yox,iştirakçısıdır. Türkiyə və ABŞ isə bölgənin yeni stratejikuratorlarıdır.
Köhnə düzən çökür. Yeni düzən isə qapıdadır.
Bu gün Zəngəzurun taleyini kim müəyyən edirsə, sabah bütövpostsovet məkanının qüvvələr balansını da o formalaşdıracaq.