AZ

Kreml: WhatsApp Rusiyanı tərk edə bilər

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Mesencer WhatsApp Rusiya qanunlarına əməl etməlidir. Bu barədə servisin ölkədən çıxa biləcəyi ehtimalını Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov şərh edib.  “WhatsApp ümumilikdə bir çox ölkələrdə, o cümlədən Rusiyada ən populyar servislərdən biridir.Bütün servislər kimi, əlbəttə ki, onun da Rusiya Federasiyasının qanunlarına uyğun müəyyən öhdəlikləri var. Bütün qanunlara riayət edilməlidir”, – deyə Peskov messencerin Rusiyada fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı suala cavab verib. Bundan əvvəl Dövlət Dumasının informasiya siyasəti komitəsi sədrinin müavini Anton Gorelkin WhatsApp-ı Rusiya bazarını tərk etməyə hazır olmağa çağırmışdı. O, servisin yerini milli messencerin tuta biləcəyini bildirmişdi. Komitənin digər üzvü Anton Nemkin isə WhatsApp-ın Rusiyadakı taleyini artıq “qaçılmaz” adlandırıb. Onun sözlərinə görə, messencerin “dost olmayan ölkələrin proqram təminatı” siyahısına daxil edilməsi sadəcə zaman məsələsidir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumətə, “dost olmayan ölkələrə” məxsus proqram təminatlarının, o cümlədən messencerlərin istifadəsinə əlavə məhdudiyyətlər tətbiq etmək imkanlarını nəzərdən keçirməyi tapşırmışdı. O qeyd edib ki, Rusiya əleyhinə fəaliyyət göstərən xarici servisləri “boğmaq” lazımdır.

phrase_var_article.chosen
81
22
Ajans.az

10phrase_var_article.sources