AZ

Qonaq qaldığı evə qənim kəsildi - FOTO

Cənub bölgəsində yerləşən evlərin birindən külli miqdarda qızıl və içərisində pul olan bank kartı oğurlanıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan News365.az-a bildirilib ki, Masallı rayonu ərazisində evlərin birindən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisində 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Araşdırma zamanı pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlandığı müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
52
19
news365.az

10Mənbələr