Ucarda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
"VAZ 2106" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Gülnarə Dostməmmədova və oğlu 2008-ci il təvəllüdlü Oruc Dostməmmədov xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.