AZ

Ucarda yol qəzasında ana və oğlu xəsarət alıb

Ucarda yol qəzası olub, xəsarət alanlar var...

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazıqumlaq kəndində baş verib.

"VAZ 2106" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Gülnarə Dosməmmədova və oğlu 2008-ci il təvəllüdlü Oruc Dosməmmədov xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Poliqon.info

Seçilən
6
3
poliqon.info

4Mənbələr