AZ

“Sabah”ın “Petrokub”la oyunlarının hakimləri bəlli oldu

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”a qarşı keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Avropa Liqasında mübarizəni erkən dayandırmış Azərbaycan təmsilçisi yoluna Konfrans Liqasında davam edəcək.

Paytaxt klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə mübarizə aparacaq. Tərəflər arasında ilk iyulun 24-də Kişinyovdakı “Zimbru” stadionunda baş tutacaq. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Görüşü Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Omer Barbiro və Yossi Babayof kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Sabah”la “Petrokub” arasındakı cavab görüşü isə iyulun 31-də “Masazır Arena”da keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Bakıdakı oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Ona yan xətt hakimləri Milan Şutuloviç və İvan Mikalaçki kömək edəcəklər. İvan Stamenkoviç isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Seçilən
25
13
arena.az

10Mənbələr