Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt klubundan rəsmi açıqlama yayılıb.
Qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb. 66 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.
Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında son iki ildə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta