AZ

Azərbaycanda da belə bir nəzarət mexanizminin tətbiqi mümkündür - FOTO

Bu yol nişanını azərbaycanlı sürücülər təbii olaraq tanımır. Avtosfer.az xəbər verir ki, sözügedən nişana İspaniya yollarında rast gəlinir. Bu yol işarəsi sürət rejiminə dron və helikopterlərlə nəzarət olunduğunu bildirir. 120 metr yüksəklikdə hərəkət edən dronlar sürət rejimi ilə yanaşı kəmərdən istifadə etməyən, yaxud telefon istifadə edən sürücüləri də qeydə alır. Maraq üçün deyək ki, sükan arxasında telefonla danışmağın cəzası 200 avrodur.
Dronlar əksır ərazilərdə xidmət apara bilir. Polis avtomobilindən fərqli olaraq sürücünün dronu görmək ehtimalı çox aşağıdır. 
Hərəkətə dronla nəzarət praktik və asan olsa da, öz çətinlikləri də var. Küləkli havada dron istifadəsi çətindir. Helikopterin problemi isə istismar xərcinin baha olmasıdır.
Əslində belə bir nəzarət mexanizminin qurulması çox da çətin deyil. Nəzərə alaq ki, Azərbaycanın güc strukturlarının dronlardan istifadə ilə bağlı kifayət qədər təcrübəsi var.

 

Vüqar

Seçilən
2
avtosfer.az

1Mənbələr