BAKI, 19 iyul. TELEQRAF
Ermənistan parlamentinin keçmiş deputatı, siyasi xadim Ruben Akopyan Ermənistanda "hakimiyyətin devrilməsinə ictimai çağırışlar" ittihamı ilə həbs edilib.
Teleqraf xəbər verir ki, müvafiq qərarı iyulun 19-da Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi qəbul edib.
Bundan əvvəl Ermənistanın İstintaq Komitəsi Akopyanın həbs olunduğunu elan edib. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur. İstintaqın fikrincə, siyasətçiyə qarşı belə ittihamların irəli sürülməsinə əsas iyulun 1-də dərc olunmuş müsahibə olub.