“Turan Tovuz” Futbol Akademiyasının təşkilatçılığı ilə “Yay futbol düşərəgəsi” təşkil olunub.
Sportinfo.az xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından uşaqların qatıldığı düşərgə 3 gün davam edib.
Müxtəlif əyləncəli tədbirlər, oyunlar, yarışlar təşkil olunub.
Uşaqların yay tətilini səmərəli keçirmələri təmin olunub. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.