AZ

Pirşağıda dənizdə batan şəxsin MEYİTİ TAPILDI

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan şəxs tapılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"İyulun 18-i Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

***10:00

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə bir nəfər batıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
64
20
far.az

10Mənbələr