AZ

"Turan Tovuz"un “Çorum”a gücü çatmadı

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi "Çorum"la qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Tovuz təmsilçisinin qolunu 37-ci dəqiqədə Roderik Miller vurub.

"Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Hələlik bölgə klubu yalnız 1 rəqibinin adını açıqlayıb. "Turan Tovuz" iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.

Seçilən
35
3
sportinfo.az

10Mənbələr