AZ

Universiada: Azərbaycanlı üzgüçülər yarımfinala çıxa bilməyiblər

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada üzgüçülük yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün 3 azərbaycanlı üzgüçü mübarizə aparıb.

Rəşad Əliquliyev və Nihad Yusibov 50 metr məsafəyə arxası üstə üzmə yarışına çıxsalar da növbəti mərhələyə, vəsiqə qazana bilməyiblər: Əliquliyev 38-ci, Əbdürəhman Rüstəmov isə 45-ci olub.

Həmçinin, Rəçad Əliquliyev və Əbdürəhman Rüstəmov 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında da iştirak ediblər. Rüstəmov 43-cü, Əliquliyev isə yekunda 64-cü nəticə göstərib.

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr