"Azərbaycana keyfiyyətli legioner gətirmək çətindir.
Maraqlanır, azarkeş dəstəyini izləyir, futbola münasibəti öyrənəndən sonra gəlməkdə maraqlı olmur.
Yəni az məvacibə Avropada qalmağı vacib bilir. Bəzi məqamlarda isə qiymət qaldırmaq üçün klublardan vaxt istəyirlər.
Odur ki, keyfiyyətli legioneri Azərbaycana gətirmək çox çətindir".
Bu fikirləri “Sportinfo TV”də yayımlanan "Futbol manşet" verilişində tanınmış futbol adamı Mahmud Qurbanov deyib.
"Professor" legioner seçimində üzləşilən çətinliklərdən danışıb, onların Premyer Liqamıza gəlməkdə tərəddüd keçirmələrinin səbəblərindən bəhs edib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.