AZ

Universiadada gimnastlarımız 2 qızıl, 1 gümüş medal qazandı

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar.

"Unikal" xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar. Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alıb. Qrup hərəkətləri komandamız üç top və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalın sahibi olub.

Bu, qızlarımızın tarixə yazdığı bir qələbədir. Universiadalar tarixində gimnastlarımızın qrup hərəkətləri komandası tərkibində ilk uğurudur.

 

Seçilən
39
14
unikal.az

10Mənbələr