AZ

"Şelburn" - "Qarabağ" oyununa bütün biletlər satılıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn” (İrlandiya) - “Qarabağ" oyununun biletləri tükənib.Bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

5750 tamaşaçı tutumuna malik "Tolka Park" stadionunda baş tutacaq qarşılaşma üçün bütün biletlər satılıb.

"Şelburn" - "Qarabağ" komandaları arasında ilk oyun iyulun 23-də Dublində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Seçilən
13
20
anews.az

10Mənbələr