Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
APA xəbər verir ki,Hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsində qeydə alınıb.
Məlumata görə, Asif Muxtarov dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.