AZ

Məşhur müğənni axtarışa verildi

Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.

Milli.Az xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumat bazasında yer alıb.

UTX-nin materiallarındakı məlumatlara əsasən, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.

Nikolay Baskov 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatları fəal şəkildə dəstəkləyir. 2023-cü ildə sənətçi Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Qərb tanklarını sıradan çıxaran hər kəsə 1 milyon rubl ödəyəcəyini vəd etmişdi.

Nikolay Baskov 2004-cü ildə Ukraynanın Xalq artisti olub. 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski onu bu addam məhrum edib. (Ajans.az)

Milli.Az


 

Seçilən
16
12
milli.az

10Mənbələr