Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürçayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədəməlumat daxil olub.
Bu barədə Trend-ə Nazirlikdən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət vəSularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləriaxtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.