Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, o, 1986-cı il təvəllüdlü Əliyev Sənan İlham oğludur.
Şəxsin Bərdə rayon sakini olduğu bildirilir
***
20:45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu haqda APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.