AZ

III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşımlar dünyada trend oldu — FOTO

Üçüncü Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşımlar bəzi ölkələrdə “Azerbaijan”, “ShushaGlobalMediaForum” və “IlhamAliyev” həştəqləri trendə yüksəlib.

Demokrat.az
xəbər verir ki, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə işə başlayan Üçüncü Şuşa Qlobal Media Forumu sosial mediada geniş rezonans doğurub. 

Forumla bağlı paylaşımların çoxluğu nəticəsində “Azerbaijan”, “ShushaGlobalMediaForum” və “IlhamAliyev” həştəqləri bir sıra ölkələrdə trend olub.

Sosial media platformalarında forumla bağlı minlərlə paylaşım edilib. 

Qeyd edək ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edir. 

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var. 




Vaqif Hüseynli
Demokrat.az
Seçilən
28
50
demokrat.az

10Mənbələr