“İslam Dövləti” terror təşkilatınn (İŞİD) liderlərindən biri və onun köməkçisi İraq və Suriya sərhədində pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, pilotsuz təyyarə İŞİD terrorçularının “ən nüfuzlu başçılarından biri”nin olduğu avtomobilə hücum edib.
Agentlik bildirir ki, söhbət İŞİD-in ən nüfuzlu liderlərindən birindən gedir.
“Bu qətl Suriyadakı terror qruplaşmaları arasında fikir ayrılıqlarının kəskinləşməsinin əlamətidir”, – agentliyin mənbələri bildirir.