Bakı. Trend:
20 iyul tarixində Kabil şəhərində Azərbaycan RespublikasınınƏfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi ƏfqanSənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”ninaçılışı baş tutub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunmasıməqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdindəfəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa YardımAgentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam ƏməkdaşlıqTəşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və ƏfqanıstanınƏmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyəgəlib.
Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müaviniƏlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adındantəşəkkür edib, habelə layihənin əfqan əl sənətinin qorunmasına,təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.
İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-AyyaşAzərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbininaztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihəninİƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeydedib.
Səfir İ.Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihəicra etdiyini diqqətə çatdırıb, bu kimi təşəbbüslərin davametdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏTçərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlərAzərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinəsədrlik etməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.
Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalçatoxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilətəchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsinəzərdə tutulur.