AZ

Rusiya və Səudiyyə Ərəbistanı arasında uçuşlar oktyabrda başlayır

Rusiya və Səudiyyə Ərəbistanı arasında birbaşa aviareyslərin 2025-ci ilin oktyabrında başlaması planlaşdırılır. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Saud ilə görüşdən sonra bildirib.

Bu barədə News24.az Tass-a istinadən xəbər verir. 

Lavrovun sözlərinə görə, son bir ildə Səudiyyə Ərəbistandan Rusiyaya turist axını 6 dəfə artıb. Rusiyalı turistlər də getdikcə daha çox bu ölkəni seçirlər – 2024-cü ildə 36 min səfər qeydə alınıb.

Aviarota oktyabrın 15-dən 25-dək həftədə beş dəfə Riyad və Moskva arasında həyata keçiriləcək. Hazırda tərəflər vizasız gediş-gəliş barədə razılaşmanın yekunlaşdırılması üzərində çalışırlar.

Hazırda Rusiya və Səudiyyə Ərəbistanı arasında müntəzəm birbaşa uçuşlar mövcud deyil. Bu, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət və uçuş məhdudiyyətləri ilə əlaqələndirilirdi.

Xeyrənsə Piriyeva

phrase_var_article.chosen
3
2
news24.az

10phrase_var_article.sources