AZ

Dövlət qurumları jurnalistləri belə təbrik etdi - FOTOLAR

Jurnalistika hər bir cəmiyyətin həyatında vacib ictimai institutlardan biri kimi həm informasiya dövriyyəsini təmin edir, həm də vətəndaşlarla dövlət arasında körpü rolunu oynayır. Azərbaycan jurnalistikasının 150 illik yubileyi ərəfəsində bu peşənin cəmiyyət həyatında oynadığı rol bir daha yada düşür.

Jurnalistika cəmiyyət və vətəndaşlarla yanaşı, dövlət qurumları üçün də mühüm əhəmiyyət daşıyır. Çünki medianın fəaliyyəti dövlət orqanlarının ictimaiyyətlə ünsiyyətində, şəffaflığın və ictimai nəzarətin təmin olunmasında, habelə dövlət siyasətinin mahiyyətinin və məqsədlərinin izahında vacib vasitəyə çevrilib.

Bu baxımdan Azərbaycan mətbuatının peşə bayramı günündə jurnalistləri təbrik edənlər içində dövlət strukturları da var idi.

Modern.az dövlət qurumlarının sosial media üzərindən jurnalistlərə ünvanladıqları təbrik mesajlarını təqdim edir.

 

Daxili İşlər Nazirliyi

“Əziz və hörmətli media nümayəndələri!
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Ötən dövrdə şərəfli inkişaf yolu keçən və bu gün özünün tarixi yubileyinə böyük nailiyyətlərlə qədəm qoyan Azərbaycan mətbuatı xalqın maariflənməsində, cəmiyyətin tərəqqisində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində əvəzsiz rol oynamışdır.

Fədakar və çox gərəkli əməyinizin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi jurnalist fəaliyyətinə verilən ali dəyərin bariz ifadəsidir.

Ölkədə ictimai asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də hüquqi maarifləndirmə sahəsində səmərəli və işgüzar münasibətlərimizi böyük məmnunluqla qeyd edir, hər birinizə təşəkkürümüzü bildiririk.

Bu əlamətdar tarixdə Sizə möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları və fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq”.

1451128

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1451130

Elm və Təhsil Nazirliyi

"Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!"

1451131

Fövqəladə Hallar Nazirliyi

1451132

Gənclər və İdman Nazirliyi

"Əziz media nümayəndələri!
Sizi 22 İyul - Milli Mətbuat Günü, həmçinin Azərbaycan mətbuatının 150 illiyi münasibətilə təbrik edir, milli mətbuatımızın inkişafı yolunda şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq!"
1451133

Kənd Təsərrüfatı Nazirliyi 

1451136

Maliyyə Nazirliyi

"Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və mətbuat işçilərini təbrik edirik!
150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.
Bayramınız mübarək!"

1451137

Mədəniyyət Nazirliyi

 

"22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür.

Bu gün milli mətbuatımızın yaranmasından 150 il ötür".

1451139

Müdafiə Nazirliyi

"Əziz və hörmətli media nümayəndələri!
Hər birinizi Milli Mətbuat Günü münasibətilə təbrik edirik! Sizinlə əməkdaşlıq etməkdən qürur duyuruq!
Peşə bayramınız mübarək!"

Müdafiə Sənayesi Nazirliyi

1451140

Səhiyyə Nazirliyi

1451147

Energetika Nazirliyi

1451148

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
 
"22 İyul - Milli Mətbuat Günüdür. 
1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq".

1451149

Ədliyyə Nazirliyi

 

"22 İyul - Milli Mətbuat Günüdür.

Ədliyyə sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, əhalinin hüquqi maarifləndirilməsi və məlumatlandırılmasında media nümayəndələrinin fəaliyyətini yüksək dəyərləndiririk.

Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayırıq!"

1451151

Xarici İşlər Nazirliyi

"Cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində mühüm rol oynayan media nümayəndələrimizi 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü, milli mətbuatın 150 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, peşəkar fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!"

1451152

İqtisadiyyat Nazirliyi

1451153

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

1451155

Milli Məclis

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

"Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyini böyük qürur hissi və təntənə ilə qeyd edirik!

Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə əsası qoyulan Azərbaycan mətbuatı ötən əsrlər boyu cəmiyyətin maariflənməsi, milli dəyərlərin təbliği və ictimai rəyin formalaşması istiqamətində mühüm rol oynamışdır. Azərbaycan mətbuatı həm də milli kimliyimizin, dövlətçilik ənənələrimizin və vətəndaş cəmiyyətinin formalaşmasında aparıcı qüvvə olub.

Ölkə başçısının dediyi kimi, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir.

Prezident İlham Əliyev medianın dövlət quruculuğunda və cəmiyyətin məlumatlandırılmasında mühüm rolunu hər zaman yüksək qiymətləndirir. Onun rəhbərliyi ilə son illərdə media sahəsində həyata keçirilən mühüm islahatlar, jurnalistlər üçün icra olunan sosial layihələr, media nümayəndələrinin rifahının yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar ölkə başçısının medianın ən yaxın dostu olduğunu bir daha sübut edir.

Əkinçi ilə başlayan şərəfli yol bu gün yüzlərlə media orqanı ilə davam edir.

Bu əlamətdar gündə bütün jurnalistləri, media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, cəmiyyətə dürüst və obyektiv informasiya çatdırmaq yolunda davamlı fəaliyyət, qələmlərinin daim iti olmasını arzulayırıq".

1451157

Azərbaycan Dəmir Yolları

 

"Bu gün milli təqvimdə ən əlamətdar günlərdən olan Milli Mətbuat Günüdür.

Zaman və məkana meydan oxuyaraq 150 ildir ki, cəmiyyətlə informasiyanı bir-birinə bağlayan bütün mətbuat nümayəndələrini təbrik edirik!

Dəmir yolları da daxil olmaqla ölkəmizin inkişafında, həmçinin beynəlxalq müstəvidə tanınmasında obyektiv və peşəkar jurnalistikanın əvəzsiz rolu var.

Mətbuat işçilərinə gələcək fəaliyyətində uğurlar arzulayırıq".

1451159

Dövlət Statistika Komitəsi

 

"22 İyul - Milli Mətbuat Günüdür!

Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub.

Bu gün milli mətbuatımızın yaranmasından 150 il ötür.

Əkinçi ilə başlayan şərəfli yol bu gün yüzlərlə media orqanı ilə davam edir.

Bu əlamətdar gündə bütün jurnalistləri, media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq".

1451161

Diasporla İş üzrə Dövlət Komitəsi

"Böyük maarifçi Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu milli mətbuatımızın yaranmasından 150 il ötür. Bu əlamətdar tarix və Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, məsuliyyətli işlərində uğurlar arzulayırıq".

1451162

İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman

"150 il bundan öncə böyük alim, pedaqoq, ictimai-siyasi xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ictimai fikirin formalaşmasında misilsiz rol oynamış, bu günümüzə qədər böyük yol keçmişdir.

Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini təbrik edir, insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və şəffaf cəmiyyətin qurulması istiqamətində göstərdikləri dəyərli fəaliyyətə görə onlara təşəkkürümüzü bildirir, çətin və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayırıq".

1451164

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

"Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Bütün mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!"

Baş Prokurorluq

"22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür

Əziz və hörmətli media nümayəndələri, Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli, vacib və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq!"

1451166

Mərkəzi Bank

"150 illik zəngin tarixə malik milli mətbuat bu gün də Həsən bəy Zərdabinin təməlini qoyduğu dəyərləri yaşadaraq cəmiyyətin tərəqqisinə xidmət edir.

Media nümayəndələrinə bu məsul və şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!"

1451169

Dövlət Sərhəd Xidməti

"Milli Mətbuatımız 150 yaşında!

22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirik.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin nəşrə başladığı bu əlamətdar tarix sözün həqiqi mənasında mətbuatımızın inkişaf yolunda bir dönüş nöqtəsi olmuşdur.

Peşəkar media cəmiyyətin inkişafında, ictimai rəydə şəffaflığın və obyektivliyin təmin olunmasında mühüm rol oynayır. Bu yolda fədakar əməyiniz, informasiya təhlükəsizliyinə, vətəndaş maarifləndirilməsinə verdiyiniz töhfələr təqdirəlayiqdir.

Sizə şərəfli və məsuliyyətli işinizdə uğurlar, möhkəm cansağlığı, daim obyektivlik və yeni-yeni nailiyyətlər arzulayırıq".

1451170

Dövlət Gömrük Komitəsi

"Milli Mətbuat Günü münasibətilə dəyərli media nümayəndələrini təbrik edir, şərəfli və çətin peşə fəaliyyətlərində uğurlar arzulayırıq!"

Komitə jurnalistləri video-çarxla təbrik edib.

1451171

Dövlət Təhlükəsizlik Xidməti

"Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq".

1451172

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

"22 iyul - Milli Mətbuat Günüdür.

150 ildir ki, cəmiyyətin maariflənməsi, milli dəyərlərin qorunması və dövlətçilik düşüncəsinin inkişafında önəmli yer tutan Azərbaycan Milli Mətbuatının yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!"

1451174

phrase_var_article.chosen
0
50
modern.az

10phrase_var_article.sources