AZ

“Qarabağ” və “Zirə”nin oyunlarına necə baxaq?

Idmanxeber.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanı avrokubok oyunlarında təmsil edəcək klubarımızın oyunları canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, sabah UEFA Çempionlar Liqası II təsnifat mərhələsində ilk matçına çıxacaq “Qarabağ” səfərdə “Şelburn”lə üz-üzə gələcək. Təmsilçimizin görüşü “CBC Sport” və İrlandiyanın “Premier Sports” kanalı vasitəsilə canlı yayımlanacaq. 

Həmin gün avrokuboklardakı digər təmsilçimiz “Zirə” də meydana çıxır. “Qartallar” Konfrans Liqası II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşacaq. Azarkeşləri matçı “CBC Sport”, Bosniya və Herseqovinanın “Arena Sport 1” və Xorvatiyanın “MAX TV” telekanallarından canlı izləyə biləcəklər. 

Xatırladaq ki, “Zirə” – “Hayduk” görüşü sabah saat 19:30-da, “Şelburn” – “Qarabağ” oyunu isə 22:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
idmanxeber.az

10Mənbələr