ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılmışdır. Son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.