BAKI, 5 avqust. TELEQRAF
Pakistan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin Pakistan vətəndaşlarının Ukrayna münaqişəsində iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirləri rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Ukrayna tərəfi bu məsələ ilə bağlı onlara hər hansı rəsmi müraciət göndərməyib və Zelenskinin iddialarını təsdiqləyəcək heç bir inandırıcı dəlil təqdim olunmayıb.
"Pakistan hökuməti bu məsələni Ukrayna rəsmiləri ilə müzakirə edəcək və əlavə izahat tələb edəcək. Eyni zamanda, Pakistan BMT Nizamnaməsinin əsas prinsiplərinə sadiq qalaraq Ukraynadakı münaqişənin sülh yolu ilə danışıqlar və diplomatik üsullarlahəll olunmasının tərəfdarıdır", –məlumatda qeyd olunub.
Xatırladaq ki, Zelenski ötən gün Volçansk istiqamətində müxtəlif ölkələrdən, o cümlədən Pakistandan olan muzdluların döyüşlərdə iştirak etdiyini açıqlamışdı.