AZ

“Araz-Naxçıvan”ın futbolçusu zədələndi

BAKI, 7 avqust. TELEQRAF

“Araz-Naxçıvan”ın futbolçusu Çarls Boli zədələnib.

Teleqraf xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dalğa Arena”da “Omoniya” (Kipr) ilə keçirilən oyununun 24-cü dəqiqəsində zədə alıb.

Birbaşa meydanı tərk edərək paltardəyişmə otağına yollanan 26 yaşlı futbolçunu Nuno Rodriqeş əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Kipr təmsilçisi 2:0 hesabı ilə öndədir.

Seçilən
7
3
teleqraf.com

4Mənbələr