Bakı. Trend:
Amerikanın OpenAI şirkətinin məşhur ChatGPT çatbotu üçünhazırladığı yeni GPT-5 süni intellekt modeli artıq bütünistifadəçilər üçün əlçatan olub.
Trend xəbər verirki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosialşəbəkəsindəki rəsmi hesabında paylaşılıb.
"GPT-5 burada. Bu gündən etibarən hər kəs üçün əlçatan olacaq",– paylaşımda qeyd olunub.
OpenAI-nin bildirdiyinə görə, yeni model əvvəlki versiyaların ənyaxşı xüsusiyyətlərini özündə birləşdirir və tədqiqat, təhlil,proqramlaşdırma və problem həlli sahələrində daha da inkişafetdirilib.
Bundan əlavə, istifadəçilərə cavab tonunu seçmək imkanı verilib.İndi beş fərqli şəxsiyyət rejimi mövcuddur: standart, kinli, robot,dinləyici və nerd. Şirkət həmçinin səs rejimini təkmilləşdirib,mesajlar üçün rəng sxemləri əlavə edib və Google poçtu ilə Googletəqvimini birləşdirmək funksiyasını istifadəyə verib.